BQXK nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan ermənilərə baş çəkiblər
15 avqust 2011 10:53 (UTC +04:00)

BQXK nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan ermənilərə baş çəkiblər

0
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib. Əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb. BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 4 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 5 "Qızıl Xaç" məktubu alınıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar