Azərbaycan hərbçiləri ermənilərin qatıldığı təlimi müşahidə edəcək
0
0
Lent.az-ın Rusiya hərbi KİV-lərinə istinadən verdiyi məlumata görə, Aşuluk poliqonunda keçiriləcək təlimə Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının şəxsi heyəti qatılacaq.
Ümumilikdə 2 min əsgərin, 50 təyyarənin iştirak edəcəyi təlimi Azərbaycan hərbçiləri də izləyəcək. Azərbaycanla yanaşı təlimə müşahidəçi statusunda Moldova, Özbəkistan, Türkmənistan, Əlcəzair, Hindistan və Suriya hərbçiləri də qatılacaq.
Təlimdə sərhəd bölgələrində terrorla mübarizə planları çərçivəsində hərbi əməliyyat planları sınaqdan keçiriləcək. Həmçinin koalisiya güclərinin koordinasiyalı fəaliyyətinə baxılacaq.
Rəşad