BAXCP Türkiyəyə səsləndi
0
0
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Türkiyə Cümhuriyyətinin vətəndaşlarına müraciət ünvanlayıb. Partiyadan Lent.az-a verilən məlumata görə, müraciətdə belə deyilir: “Bu gün kimsəyə sirr deyil ki, Ermənistanın ayaq üstə dayanmasının və işğala davam etməsinin əsas səbəblərindən biri də məhz bu ticari-iqtisadi əlaqələrin mövcudluğudur. Biz qardaş Türkiyənin və soydaşlarımızın ünvanına ittihamlar səsləndirməkdən çox uzağıq, ancaq hazırda Ermənistanda satılan sənaye və yeyinti məhsullarının məhz Türkiyə istehsalı olduğu da faktdır. Bu məhsullar Türkiyədən onminlərlə TIR-lar vasitəsilə Gürcüstan üzərindən birbaşa Ermənistana daşınır. Bununla yanaşı, onminlərlə Ermənistan vətəndaşı hava və quru nəqliyyatından istifadə etməklə, sərbəst şəkildə Türkiyə ərazisinə gəlir, burada qanunsuz əmək fəaliyyətilə məşğul olur və əldə etdikləri vəsaitləri öz ölkələrinə göndərirlər. Onların qanunsuz əmək fəaliyyətilə məşğul olmasına isə bizə bəlli olmayan səbəblərdən göz yumulur. Bildiyiniz kimi, Türkiyə Ermənistanla sərhədlərini məhz Qarabağın işğalına görə bağlayıb. Lakin Türkiyə ilə Ermənistan arasında mövcud olan bu əlaqələr sərhədlərin bağlı qalmasının doğurduğu nəticələrin təsirini gündən-günə azaltmaqdadır. Şübhəsiz ki, bu mənzərə bizi narahat etməyə bilməz. Biz Türkiyə ilə Ermənistan arasındakı ticari-iqtisadi əlaqələrin Azərbaycanla Türkiyə arasındakı həllini tapmamış hansısa problemlərlə əlaqələndirilməsi barədə səslənən fikirləri də qüsurlu və yersiz sayırıq. Çünki heç bir həllini tapmamış məsələ təcavüzkarla əməkdaşlığa haqq qazandıra bilməz”.
Türkləri Ermənistanla istənilən əməkdaşlıqdan çəkinməyə çağıran partiya həmçinin onları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib.
Türkləri Ermənistanla istənilən əməkdaşlıqdan çəkinməyə çağıran partiya həmçinin onları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib.
0
0