Laricani: “Rəsmi şəxslər diqqətli olmalıdır”
12 avqust 2011 14:45 (UTC +04:00)

Laricani: “Rəsmi şəxslər diqqətli olmalıdır”

0
APA-nın Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İran parlamentinin sədri Əli Laricani deyib. İran parlamentinin spikeri qeyd edib ki, rəsmi şəxslər öz bəyanatlarında diqqətli olmalı və dövlətlərarası münasibətlərə ziyan gətirə biləcək fikirlərdən yayınmalıdır. Laricanin sözlərinə görə, qonşu dövlətlərlə dostluq münasibətləri qurmaq siyasəti İran xarici siyasətinin əsas prioritetidir.


Xatırladaq ki, bir qədər öncə İran kütləvi informasiya vasitələri İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi Azərbaycan dövlətinə qarşı təhqiredici bəyanatla çıxış etdiyi barədə xəbərlər yayıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İrana rəsmi nota verib. Dünən axşam saatlarında İran səfirliyi Həsən Füruzabadinin fikirlərini təkzib edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar