Misirdə “Azərbaycan günü” keçirilib
0
0
Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən Lent.az-a daxil olan məlumata görə, tədbirdə İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Dr. Salah Əlcəfəravi ilə birgə, Misirin ictimai-siyasi və mədəniyyət xadimləri, din adamları, işgüzar dairələri və gəncləri də iştirak edib. Həmçinin, Misirin “Nil” peyk televiziya kanalı avqustun 7-də Azərbaycanla bağlı bir saatlıq veriliş yayımlayıb.
“Azərbaycan günü”nə həsr olunmuş bir saatlıq verilişdə səfir Ş. Abdullayev və Dr. Salah Əlcəfəravi çıxış edib. Eyni zamanda, verilişdə “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər öz təəssüratlarını bölüşüblər.
Verilişdə çıxış edən səfir Ş. Abdullayev Azərbaycanın müstəqillik tarixi, şərqin ilik demokratik respublikası olan ADR-in yaranması və tənəzzülü, 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi və müstəqilliyinin ilk illərindən Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti haqqında televiziya tamaşaçılarına məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı danışan səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti və xüsusilə Xocalı faciəsi haqqında televiziya tamaşaçılarına məlumatlandırıb.
Dr. S. Əlcəfaravi Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi kimi məsələlərə toxunub.
“Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli tələbələr Azərbaycan xalqının yüksək mədəniyyətə, qonaqpərvərliyə və zəngin mədəni irsə malik olduğunu qeyd edib.