Elçin Quliyev iranlı generalın cavabını verdi
“İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Seyid Həsən Firuzabadinin İranın kütləvi informasiya vasitələri tərəfindən yayılmış bəyanatı tərəfimizdən böyük təəccüb və hiddət hissi ilə qarşılandı”. Bunu APA-ya eksklüziv müsahibəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev bildirib.
DSX rəisi bildirib ki, İran dövlətinin rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü və dövlət sərhədləri rəsmi tanınaraq qəbul edilib: “Belə olan halda İran generalının öz səlahiyyətlərini aşaraq rəsmi dövlət mövqeyinə zidd, ultimativ xarakterli bəyanatlar verməsini, hətta Azərbaycanın rəhbərliyinə tövsiyələr etməsini Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bəyanat sahibinin bu cür səviyyəsiz, savadsız və qeyri-peşəkar ifadələrlə diqqət mərkəzində olmağa çalışması əvəzinə İran-Azərbaycan dövlət sərhədindən narkotik vasitələrin və başqa qaçaqmalın qanunsuz keçirilməsinə cəhd edən, digər qeyri-qanuni fəaliyyətlə məşğul olan silahlı təxribatçı dəstələrin zərərsizləşdirilməsi üzrə tədbirlər görməsini daha məqsədəuyğun hesab edirəm».
General hesab edir ki, Firuzabadi kimi şəxslər öz təxribat xarakterli əməlləri ilə Azərbaycan və İran xalqlarının qədim tarixi köklərə malik ənənəvi qonşuluq və dostluq münasibətlərinə heç bir xələl gətirə bilməyəcəklər: “ Hazırda olduğu kimi gələcəkdə də İranın qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərini bu kimi şəxslər müəyyən etməyəcəklər”.

Oxşar yazılar

Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57