Milli Məclisin sədr müavini Dominika Birliyinin baş nazirini qəbul edib
0
0
Lent.az-ım Milli Məclisin saytına istindən xəbərinə görə, Valeh Ələsgərov iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəli nümayəndə heyəti ilə başlamasından məmnunluğunu ifadə edib. Bildirib ki, bu səfər və keçirilən görüşlər səmərəli əməkdaşlığın möhkəm bünövrəsini qoyur. Sədr müavini gələcəkdə iki ölkə arasındakı münasibətlərin inkişafına parlamentlərarası əməkdaşlığın da öz töhfələrini verəcəyini diqqətə çatdırıb.
Sədr müavini Azərbaycanın iqtisadi inkişafı, uğurla həyata keçirilən neft strategiyası, ölkənin ümumi inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan problemin beynəlxalq hüquq normalarına uyğun, ölkənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin tərəfdarıdır.
Ruzvelt Skerrit bildirib ki, Azərbaycan parlamentində müxtəlif siyasi partiyaların təmsil olunması demokratiyanın bariz nümunəsidir. Belə bir nailiyyətin əldə olunması düzgün siyasətin və strategiyanın nəticəsidir. Dağlıq Qarabağ münaqişəsinə toxunan Ruzvelt Skerrit qeyd edib ki, bu sahədə onun ölkəsi hər zaman Azərbaycana dəstək verməyə hazırdır.