İstiqlalçı deputatlardan İrana sərt etiraz
0
0
Partiyanın mətbuat katibliyindən Lent.az-a verilən məlumata görə, toplantıda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü ilə bağlı tədbirlər planı təsdiq edilib. İstiqlalçı deputatlar, həmçinin Azərbaycanın dövlət müstəqilliyini təhdid edən İran ordusunun Baş Qərargah rəisi Həsən Firuzabadinin son açıqlamasını da müzakirə edərək bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Həsən Firuzabadinin son açıqlaması beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş və dövlət məmurlarına yaraşmayan təhlükəli bir Antiazərbaycan təbliğatının davamıdır. “Artıq neçənci dəfədir ki, İİR-nın ayrı-ayrı dövlət nümayəndələri və rəsmi informasiya agentlikləri Azərbaycanın ərazi bütövlüyünə şübhə edir, müstəqil ölkənin daxili işlərinə qarışır, tələb və təhdidlərlə çıxış edir” deyə bəyanatda qeyd edilib.
Bu mövqeyi qəti şəkildə pisləyən və İİR məmurlarını belə məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağıran bəyanatda qeyd olunub: “Bu cür beynəlxalq hüquq normalarından kənar və məsuliyyətsiz çıxışlar İran-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur, Azərbaycan ictimaiyyətində İran hakimiyyəti haqqında mənfi təsəvvürün formalaşmasına səbəb olur”.