Azərbaycan İrana nota verdi
11 avqust 2011 16:05 (UTC +04:00)

Azərbaycan İrana nota verdi

0
Xarici İşlər Nazirliyi 11 avqust 2011-ci il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Məhəmmədbağır Bəhrami ölkənin “FARS” xəbər agentliyinin 09.08.2011-ci il tarixli sayında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərlə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən mlumata görə, İran İslam Respublikasının səfirini qəbul edən nazir müavini N.Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

Xarici İşlər Nazirliyinin Notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir və İran mətbuatında Azərbaycan Respublikası xalqına və dövlətinə qarşı yönəldilmiş, milli mənafeyi və təhlükəsizliyinə zidd məlumatların yayımlanmasının, dövlətimizin daxili və xarici siyasətinin təhrif olunmasının ölkələrimiz arasında yaranmış dostluq və qarşılıqlı anlaşma və öhdəliklərlə ziddiyyət təşkil etdiyi vurğulanır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində İran İslam Respublikası tərəfindən qısa müddət ərzində müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə dair aydınlıq gətirilməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 669

Oxşar yazılar