Qəhrəmanlar unudulmur - Milli qəhrəmanlar Fəxrəddin Cəbrayılov və Sərdar Səfərov
12 avqust 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Milli qəhrəmanlar Fəxrəddin Cəbrayılov və Sərdar Səfərov

0
Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!


12 avqust Milli Qəhrəmanlar Fəxrəddin Cəbrayılov və Sərdar Səfərovun doğum günüdür.


Fəxrəddin Mövsüm oğlu Cəbrayılov
1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olub. O, peşəkar zabit kimi 1992-ci ilin oktyabrında əlahiddə motoatıcı batalyonunun komandiri təyin edilib, bir il sonra isə motoatıcı alayın komandiri vəzifəsinə keçib, 1993-cü ilin dekabrında Beyləqan, 1994-cü ilin fevralında Füzuli və Kəlbəcər istiqamətlərində briqada komandiri kimi xüsusi bacarıq və mərdlik nümayiş etdirib. O, hazırda polkovnik rütbəsində Milli Ordu sıralarında xidmətini davam etdirir.






Sərdar Mədət oğlu Səfərov 1960-cı il avqustun 12-də Kəlbəcər şəhərində anadan olub. O, polis (milis) zabiti kimi cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib, 1991-ci il sentyabrın 25-də Əsgəran rayon ərazisində erməni terror aktının qarşısının alınması ilə bağlı əməliyyatda iştirak edib. Oradan qayıdarkən “Ağa körpüsü” deyilən yerdə erməni yaraqlılarının hücumuna məruz qalıb, döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.
Kəlbəcərdə dəfn edilib. Adına Kəlbəcər şəhərində küçə var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2647

Oxşar yazılar