“Stratfor”: Rəsmi Bakı öz enerji sektorunun bir ölkədən asılı olmasını istəmir
11 avqust 2011 13:49 (UTC +04:00)

“Stratfor”: Rəsmi Bakı öz enerji sektorunun bir ölkədən asılı olmasını istəmir

0
“Azərbaycanın enerji sənayesi Birləşmiş Ştatları son dərəcədə maraqlandırır”.



APA-nın məlumatına görə, bu barədə Amerikanın nüfuzlu “Stratfor” mərkəzinin hazırladığı təhlildə bildirilir. Azərbaycan, Rusiya, ABŞ siyasi üçbucağında cərəyan edən tendensiyaları nəzərdən keçirən mərkəzin təhlilçiləri qeyd edir ki, Qafqaz regionu Moskva və Vaşinqton üçün qarşıdurma məkanına çevrilib. Belə bir vəziyyətdə Azərbaycan iki fövqəldövlət arasındakı ziddiyyətlərdən öz mövqelərini yaxşılaşdırmaq üçün faydalanmağa çalışır: “Sovet İttifaqının süqutundan sonra ABŞ Azərbaycan iqtisadiyyatına xeyli sərmayə yatırıb. Sonradan Vaşinqtonun başı islam dünyasındakı münaqişələrə qarışsa da, Amerikanın Azərbaycanın enerji sektoruna vəsait yatırmağa vadar edən geosiyasi maraqlar qalmaqdadır və indi ABŞ bu maraqların inkişafına təsir etmək arzusundadır. Rusiyanın qüdrətinin bərpası fonunda ABŞ Azərbaycan enerji daşıyıcılarının hasilatı və nəqlində aparıcı rol oynamağı istəyir. Bu, avropalıların Rusiyadan gələn qaz təchizatı asılılığını azaldardı”.


“Stratfor” ekspertləri hesab edir ki, Rusiya Azərbaycanla yeni enerji sazişi imzalamağa nail olsa, bu, ABŞ-ın regiondakı maraqlarına zərbə olacaq. Bununla belə amerikalı təhlilçilər vurğulayır ki, rəsmi Bakı müstəqil xarici siyasət yürüdür və heç kimdən asılı olmamağa çalışır: “Azərbaycan çətin ki, nə vaxtsa bütünlüklə Rusiyanın və ya digər dövlətin tərəfini saxlasın, çünki Bakı öz enerji sektorunun gələcəyinin bir ölkədən asılı olmasını istəmir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar