BAXCP: “İranın aqibəti qara olacaq”
0
0
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Cənubi Azərbaycandakı soydaşlarımıza və İran İslam Respublikasında yaşayan digər xalqlara müraciət ünvanlayıb.
Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, müraciətin səbəbi işğal altında olan Azərbaycan torpaqları və bu işğal nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyondan qaçqın və məcburi köçkünlərdir.
Müraciətdə artıq 20 ildir Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı, bu torpaqlarda nə varsa hamısının dağıdıldığı xatırladılıb.
20 ildir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində aparılan danışıqların heç bir nəticə vermədiyinin qeyd olunduğu müraciət mətnində təcavüzə son qoyulmasına mane olan dövlətlər arasında islam ölkəsi olan İranın da olduğu bəyan edilib.
İran İslam Respublikasının islam pərdəsi arxasında gizlənərək, konkret bir dini-siyasi təbəqənin maraqlarını ifadə edən rejiminin Azərbaycan torpaqlarının işğalına başlanıldığı ilk günlərdən Ermənistana hərtərəfli dəstək verdiyinin bəyan edildiyi müraciətdə bu ölkənin müsəlman torpaqlarını işğal altında saxlayan Ermənistanla iqtisadi-ticari, hərbi-siyasi və mədəni əlaqələrinin gündən-günə genişləndiyi qeyd edilib. Müraciətdə İran hakimiyyətinin təcavüzkar Ermənistanın dəstəkçisi rolunda çıxış etdiyi vurğulanıb.
İranı təcavüzkar Ermənistana dəstək verməyi dayandırmağa çağıran BAXCP, əks təqdirdə onların aqibətinin qara olacağını bəyanlayıb.