Müsavat Partiyasının nizamnaməsinə dəyişiklik edilir
10 avqust 2011 17:58 (UTC +04:00)

Müsavat Partiyasının nizamnaməsinə dəyişiklik edilir

0
Bu barədə Lent.az-a məlumat verən Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı bildirib ki, hazırda əsas iş qurultay öncəsi partiyanın nizamnaməsinin sadələşdirilməsi üzərinə gedir. G. Aslanlının sözlərinə görə, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin tərkibində yaradılan nizamnamə və proqram qrupu bu məsələ üzərində işləyir.

Qrupun rəhbəri partiyanın divan üzvü, Müsavat başqanının iqtisadi məsələlər üzrə müavini Qubad İbadoğludur. Başqan müavini bildirib ki, nizamnamədə səsvermə qaydalarının sadələşdirilməsi, həmçinin, nizamnamədə göstərilən prosedura qaydalarının asanlaşdırılması üzərinə işlənilir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar