Prezident İlham Əliyev müsəlman ölkələrin səfirlərini qəbul edib
10 avqust 2011 14:39 (UTC +04:00)

Prezident İlham Əliyev müsəlman ölkələrin səfirlərini qəbul edib

0
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlət başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib.


Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan prezident İlham Əliyev islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib.


Azərbaycan ilə islam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan prezident İlham Əliyev ölkəmizin islam həmrəyliyinə layiqli töhfələr verdiyini bildirib.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev problemin nizama salınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini də deyib.


Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan dövlət başçısı bir daha görüş iştirakçılarına xoş arzularını çatdırıb.


Özbəkistanın səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından Ramazan ayı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib, sülh və firavanlıq arzulayıb. Diplomat müqəddəs Ramazan ayı münasibətilə dövlət başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar