Prezident İlham Əliyev: “Üçtərəfli danışıqlar tərəflərin mövqelərini çox yaxınlaşdırıb”
09 avqust 2011 16:58 (UTC +04:00)

Prezident İlham Əliyev: “Üçtərəfli danışıqlar tərəflərin mövqelərini çox yaxınlaşdırıb”

0
APA-nın Rusiya prezidentinin saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Dmitri Medvedyevlə təkbətək görüşdən əvvəl çıxışında deyib.

Prezident Əliyev Dağlıq Qarabağ münaqişəsini regional təhlükəsizliyini əsas problemi adlandırıb: “Əlbəttə ki, Azərbaycan münaqişənin ən qısa müddətdə nizamlanmasında, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasında, regionda sülh və əmin-amanlığın bərqərar olmasında hamıdan çox maraqlıdır. Əlbəttə ki, nizamlanmanı nəzərdə tutan prinsiplər beynəlxalq hüquq normalarını, sağlam düşüncəni əks etdirir. Buna görə də, münaqişənin tez bir zamanda nizamlanması bütün ölkələrin marağındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar