“Prezidentə bu humanistliyinə görə təşəkkür edirik”
0
0
“Ayaz Mütəllibovun oğlunun ölümü qəfil olmadı, biz bunu gözləyirdik”. Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. Azad Mütəllibovun 1 ildən artıq müddətdə ağır xəstəlik dövrü keçirdiyini deyən A.Əlizadə Heydər Əliyev Fondunun onun müalicəsinə yardım göstərdiyini vurğulayıb: “Mən buna görə, Fondun rəhbəri, millət vəkili Mehriban Əliyevaya Ayaz Mütəllibovun adından və öz adımdan təşəkkür edirəm. Ayaz müəllim də, mən də prezidentə onun vətənə qayıtması ilə bağlı müraciət etmişdik. Prezident də humanistlik nümayiş etdirib, onun gəlməsinə icazə verdi. Biz buna görə prezidentə təşəkkür edirik”. A. Əlizadə sənədlərin hazırlanmasındakı operativliyə və diqqətə görə, Azərbaycanın Moskvadakı səfirliyinə də təşəkkür edib.
A.Əlizadə həmçinin A.Mütəllibovun məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı suala da cavab verib. O bildirib ki, Milli Məclisin payız sessiyasında “Eks prezidenlər haqqında” qanunun qəbul olunacağı gözlənilir və həmin qanunun qəbulundan sonra bu məsələnin həll ediləcəyini gözlənilir.
Qeyd edək ki, ASDP-nin həmsədri Ayaz Mütəllibovun oğlu, 49 yaşlı Azad Mütəllibov uzun sürən xərçəng xəstəliyindən sonra avqustun 8-də dünyasını dəyişib. Elə avqustun 8-də axşam saatlarılnda eks-prezident Moskva-Bakı aviareysi ilə Azərbaycana gəlib.
Anar GƏRAYLI