Ayaz Mütəllibov Bakıya qayıtdı - FOTO
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov avqustun 8-də saat 19:40 radələrində Bakıya gəlib. Lent.az-ın əməkdaşının Heydər Əliyev Beynəlxalq Hava Limanından verdiyi məlumata görə, eks-prezident Hava Limanında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qarşılanıb və onların müşayiəti ilə Mərdəkandakı evinə yola salınıb.
Keçmiş prezident 19 ildən artıq müddətdən sonra oğlu Azad Mütəllibovun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana qayıdıb.
Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin rus ordusunun köməkliyi ilə törətdiyi faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə Mütəllibov 1992-ci il martın 6-da istefa verib.
Həmin ilin mayında Ali Sovet öz qərarını ləğv edib və Mütəllibovu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olub və ölkəni tərk edib. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayır.
Hazırda Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədridir.
A. Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə də ittiham edilir.
Anar Gəraylı

Oxşar yazılar

Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11