Prezident İlham Əliyev Bakının iki orta məktəbində olub - FOTO
0
0
Lent.az-ın “AzərTAc”a istinadən xəbərinə görə, dövlət başçısına hər iki məktəbdə görülən işlərlə bağlı məlumatlandırılıb.
Bildirilib ki, 38 sinif otağı, 729 şagird yeri olan 225 saylı məktəbin binası 1964-cü ildə istifadəyə verilib. Bu təhsil ocağı 2009-2010-cu tədris ilinin ən yaxşı məktəbi adına layiq görülüb. Dörd mərtəbədən ibarət olan məktəbin binası da 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq əsaslı şəkildə yenidən qurulur.
450 şagird yeri olan 35 nömrəli məktəbin binası isə 1930-cu ildə istifadəyə verilib. Məktəbdə dərslər iki növbədə tədris olunur və burada 700 nəfər şagird təhsil alır. Məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı həyata keçirilən proqram çərçivəsində 35 nömrəli məktəbin köhnə binası əsaslı şəkildə yenidən qurulacaq, burada 20 sinif otağından ibarət üçmərtəbəli yeni korpus və idman zalı da inşa ediləcək.
Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil obyektinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçası binasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulur.