“Hicab aksiyası” iştirakçılarının məhkəməsi gələn həftə başlayır
0
0
Nərimanov Rayon Məhkəməsindən Lent.az-a verilən məlumata görə, təqsirləndirilən şəxslərdən Hüseynov Əlvan, Məmmədov Rövşən və digər 3 nəfərin məhkəməsinin baxış iclası avqustun 15-i saat 11:30-da hakim Rasim Kazımovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, mayın 6-da saat 11 radələrində Təhsil Nazirliyinin qarşısında 150-dək radikal yönümlü dindar razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişdi.
Aksiyayla bağlı yayılmış rəsmi məlumatda bildirilirdi ki, aksiya zamanı vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanmışdı.