Azərbaycandan Somaliyə 100 min dollarlıq yardım
0
0
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib. Yardımın ayrılması ilə bağlı qərar ötən həftə Nazirlər Kabineti tərəfindən qəbul edilib. Yardım pul vəsaiti formasında ediləcək.
Qeyd edək ki, Somalidəki aclıq nəticəsində son 3 ayda 29 mindən artıq uşaq həlak olub. Bölgədə yaranmış qida böhranı ilə əlaqədar olaraq bir sıra ölkələr yardım kampaniyalarına başlayıb.
Qeyd edək ki, Somalidəki aclıq nəticəsində son 3 ayda 29 mindən artıq uşaq həlak olub. Bölgədə yaranmış qida böhranı ilə əlaqədar olaraq bir sıra ölkələr yardım kampaniyalarına başlayıb.
0
0