Medvedyev prezident İlham Əliyevdən sonra Sərkisyanla görüşəcək
0
0
Lent.az-ın məlumatına görə, Rusiya prezidentinin Sərkisyanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının avqustun 12-də Qazaxıstanda nəzərdə tutulan toplantısında təkbətək görüşəcəyi bildirilir.
Qeyd edək ki, Medvedyev prezident İlham Əliyevi avqustun 9-da Soçiyə dəvət edib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumun müzakirə olunacağı ehtimal edilir.
Xatırladaq ki, Rusiya prezidenti ötən ay Azərbaycan və Ermənistan prezidentlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı məktub göndərmişdi. Azərbaycan prezidentinin həmin məktuba cavabını xarici işlər naziri Elmar Məmmədyarov Rusiya prezidentinə çatdırmışdı.