İsa Qəmbər və Əli Kərimlinin iştirak etdiyi prosesdə qalmaqal
0
0
Bu barədə Lent.az-a məlumat verən vəkil Yalçın İmanov bildirib ki, prosesdə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də iştirak edib.
Vəkil bildirib ki, proses zamanı 14-15 yaşlarında bir oğlan əlindəki telefonla çəkiliş apardığı üçün məhkəmə zalından çıxarılaraq, nəzarətçilərin otağında saxlanılıb. Bunun ardınca isə məhkəmə heyətinə müxtəlif ifadələrlə tənqid edən bir qadın zaldan kənarlaşdırılıb.
Vəkil bildirib ki, proses şahid polislərin dindirilməsi ilə davam edib. Məhkəmədə çıxış edən polislər təqsirləndirilən şəxsləri avtobus şüşələrini sındırarkən görmədiklərini bildirib. Vəkillər polislərin ibtidai istintaqdakı ifadələri ilə məhkəmə ifadələrinin ziddiyyətli olduğu səbəbiylə onların şahidlikdən uzaqlaşdırılması barədə vəsatət qaldırsalar da, hakim Elnur Həsənov vəsatəti açıq saxlayıb.
Daha sonra proses digər polis şahidlərin dindirilməsi ilə davam etdirilib. Vəkil bildirib ki, prosesdə 9 polis, 5 mülki şəxs olmaqla, 14 şahid sərbəst ifadə verib.
Şahidlərin ifadəsi alındıqdan sonra hakim növbəti prosesi avqustun 10-u, saat 11:00-a təyin edib.
Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə ittiham olunurlar.
Anar GƏRAYLI