Metyu Brayza Milli QHT Forumunda olub
04 avqust 2011 13:35 (UTC +04:00)

Metyu Brayza Milli QHT Forumunda olub

0
Avqustın 3-də Milli QHT Forumunun prezidenti Rauf Zeyni ilə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayza arasında görüş keçirilib.

Qurumdan Lent.az-a daxil olan məlumata görə, görüşdə R. Zeyni ilk öncə Metyu Brayzanı ABŞ-ın Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Rauf Zeyni səfirə Forum haqda məlumat verib, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, nailiyyətləri və problemləri haqda danışıb. Metyu Brayza isə öz növbəsində Rauf Zeyniyə təbrikinə görə minnətdarlığını bildirib və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ABŞ üçün daim prioritet olduğunu qeyd edib və bu sektorun mövcud vəziyyəti və problemləri ilə maraqlanıb.

Söhbət zamanı vətəndaş cəmiyyətinin bundan sonrakı inkişaf mərhələləri haqqında geniş müzakirə aparılıb. Həmçinin, görüşdə QHT-lərin inkişafı üçün münbit şəraitin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, QHT- hökumət münasibətləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, regionda sülhün, stabilliyin daimi təmin olunması və digər məsələlər də geniş müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar