Ali məktəblərə qəbul olunanların adları açıqlandı
03 avqust 2011 19:12 (UTC +04:00)

Ali məktəblərə qəbul olunanların adları açıqlandı

0
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqənin nəticələri avqustun 3-də saat 18.30-da TQDK-nın internet saytında yerləşdirilib.


Lent.az xəbər verir ki, abituriyentlərin həmin məlumatı, həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmələrinə imkan yaradılıb. Bunun üçün onlar iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.


Cari ildə ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olub. Qəbul planı 93,36 % dolub.


Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı «Abituriyent» jurnalının 6-cı sayında dərc olunub. Jurnalın bu sayında müsabiqə nəticəsində ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi və ödənişli əsaslarla formalaşmış keçid balları da təqdim edilib.


Tələbə qəbulu qaydalarının 16-cı bəndinə əsasən təhsilalma formasından asılı olmayaraq (əyani, qiyabi) hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri avqustun 8-dən avqustun 17-dək qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.


Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.


“Abituriyent” jurnalının 7-ci sayında ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə əlavə yerləşdirmə elanı, müsabiqə şərtləri və boş qalan yerlərin sayı çap ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1098

Oxşar yazılar