Beynəlxalq Böhran Qrupu növbəti hesabatını açıqlayıb
0
0
APA-nın məlumatına görə, dünyada onlarla münaqişəyə qiymət verən ekspertlər Somali, Kosovo, Suriya, Əfqanıstan və digər ölkələrdəki münaqişələrin inkişaf meylini “Vəziyyətin pisləşməsi” (Deteriorated Situations) kateqoriyasına daxil ediblər.
Beynəlxalq Böhran Qrupunun hesabatına görə, dünyada mövcud olan heç bir münaqişədə müsbətə doğru dəyişiklik müşahidə edilmir. Qrup Azərbaycanla Ermənistan arasındakı münaqişəni “Dəyişməz vəziyyət” (Unchanged Situations) kateqoriyasına aid edib. Diqqəti çəkən məqam isə odur ki, BBQ açıqladığı sənəddə Qarabağın Azərbaycana aid ərazi olduğunu qeyd edib: Prezidentlərin Kazan görüşündən öncə münaqişənin nizamlanmasında əsaslı tərəqqi gözlənilirdi, lakin görüş nəticəsiz başa çatandan sonra münaqişə tərəflərində, ələlxüsus Azərbaycanda siyasi məyusluq və bədbinlik hissləri artıb”.