Elnur Aslanov ASAIF üzvləri ilə görüşüb - FOTO
0
0
Avqustun 2-də Strateji Araşdırmalar Mərkəzində Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov ASAIF fəallari, idarə heyəti və məclis üzvləri ilə görüş keçirib. ASAIF-dən Lent.az-a daxil olan məlumata görə, görüşdə təşkilatı 10-dan çox ölkədən 30 gənc təmsil edib.
Görüşün əsas məqsədi ASAIF-in ənənəvi olaraq hər ilin avqust ayında keçirilən Xaricdə təhsil alan və Məzun olmuş gənclərin Yay Forumunun keçirilməsi, o cümlədən tələbələrimizin onlarla ölkədə keçirdiyi tədbirlərə dövlət dəstəyinin artırılması, gənclərimizin lobbiçilik fəaliyyətinin daha effektiv hala gətirilməsi və s. olub. Elnur Aslanov görüş iştirakçıları ilə diskussiya zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda insan kapitalının inkişafına verdiyi dəstək, Dövlət Gənclər proqramının təsdiqi və ondan irəli gələn məsələlər barədə geniş söz açıb. Elnur Aslanov son bir il ərzində ASAIF təşkilatının və üzvlərinin keçirdiyi tədbirləri, forumları sadalayaraq, öz təkliflərini bildirib.
Prezident Administrasiyasının rəsmisinin çıxışından sonra ayrı-ayrı ölkələri təmsil edən tələbələr oxuduqları universitetlərdə Azərbaycanla, onun təbliği ilə bağlı keçirdikləri tədbirlərdən, həmçinin bu zaman üzləşdikləri problemlərdən danışıblar, ölkəmizin daha yaxından tanınması üçün keçiriləcək tədbirlər planlarından bəhs ediblər, müxtəlif təkliflər irəli sürüblər.
Daha sonra ASAIF təşkilatının avqustun sonlarında keçiriləcək yay forumu müzakirə olunub, eyni zamanda Elnur Aslanov gəncləri düşündürən bütün suallara cavab verib. Görüşdə millət vəkili Ceyhun Osmanlı da iştirak edib.
Qeyd edək ki, avqustun 26-da Xaricdə təhsil alan və Məzun olmuş gənclərin növbəti Yay Forumunun keçirilməsi planlaşdırılır.