Sabir Rüstəmxanlı: “DAK-ın pulu olsa...”
0
0
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən S. Rüstəmxanlı deyib ki, son zamanlarda DAK ətrafında olan adamlar “birləşmə” sözünü əllərində bayraq edərək, təşkilatı müxtəlif qalmaqalların içinə çəkirlər. O deyib ki, DAK olaraq, onlar kiminsə birləşməsinə mane olmaq fikrində deyillər, ancaq DAK adından bu qərarı yalnız təşkilatın İdarə Heyəti verə bilər. İdarə Heyətinin bir neçə üzvünün isə DAK adından belə təşəbbüslə çıxış eləməsi mümkün deyil.
DAK-ın heç vaxt birliyə qarşı olmadığını deyən S. Rüstəmxanlı bəyan edib ki, birlik olacağı halda belə, bunu DAK-a qarşı çıxaraq yaratmaq olmaz.
Sabir Rüstəmxanlı qeyd edib ki, bəzi xarici qüvvələr DAK-ı parçalamağa, zəiflətməyə çalışırlar, ona görə də təşkilat ətrafında bu cür süni qalmaqallar yaradırlar.
DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Səftər Rəhimlinin başına bir neçə nəfəri yığıb guya DAK rəhbərliyini vəzifədən uzaqlaşdırdığını deyən S. Rüstəmxanlı bildirib ki, həmin adamların belə bir hüququ yoxdur: “Çünki onun başına topladığı yeddi nəfər idarə heyəti üzvündən ikisi idarə heyətinin əvvəlcə keçirilən iclasında vəzifələrindən kənarlaşdırılıblar. Ona görə də onların çıxardığı qərar legitim deyil”.
Təşkilatın İdarə Heyətinin keçmiş üzvləri Fərəməz Quluzadənin və Bəhruz Həqqinin təşkilatdan kənarlaşdırıldığını vurğulayan S. Rüstəmxanlı bu adamların DAK ətrafında bölücülük fəaliyyəti ilə məşğul olduqlarını qeyd edib.
DAK-da bütün işlərin nizamnaməyə uyğun görüldüyünü vurğulayan həmsədr onu da qeyd edib ki, təşkilatın Azərbaycan nümayəndəliyi rəsmi dövlət qeydiyyatından keçmədiyi və heç bir hüquqi fəaliyyət imkanı olmadığı üçün ləğv edilib: “Səftər Rəhimli nümayəndəliyin ləğv olunduğunu eşidən kimi mətbuatda hay-küy salmağa başladı. DAK-da vəzifədən kənarlaşdırılmış şəxslər guya DAK-ın birləşməsinin tərəfdarı olduqlarını deyiblər. Həmin şəxslər bu cür addımlarla cəmiyyəti aldatmaq istəyir. Nə vaxtsa bir təşkilatda olub, ordan ayrıldıqdan sonra həmin təşkilatın arxasınca danışmaq, o təşkilatı parçalamağa cəhd göstərmək normal adama xas hərəkət deyil”.
DAK-ın pullarını mənimsədiyi iddialarına da münasibət bildirən deputat deyib ki, DAK-ın elə bir maliyyə imkanları olsa, bunu hamı bilər: “Qurultaylar keçirilən zaman öz hesabımıza, dostlarımızın hesabına pul toplayırıq ki, nümayəndələri qurultaya toplaya bilək. Qurultay keçirildikdən sonra həmin pulların maliyyə hesabatı verilib".
Anar GƏRAYLI