ABŞ səfirliyinin katibi Sabir Rüstəmxanlı ilə görüşüb
03 avqust 2011 14:39 (UTC +04:00)

ABŞ səfirliyinin katibi Sabir Rüstəmxanlı ilə görüşüb

0
Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin ikinci katibi cənab Rayan T.Kembel VHP sədri Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, görüşdə əsasən bölgədəki vəziyyət, Azərbaycanın öz qonşuları – Rusiya, İran, Gürcüstan, xüsusilə Türkiyə ilə münasibətləri, iqtisadi-siyasi və mədəni-mənəvi əlaqələri müzakirə olunub.

Görüşdə həmçinin Türkiyədə baş verən son proseslər, ordu komandanlarının istefası və bu istefaya Azərbaycan ictimai fikrinin reaksiyası müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 663

Oxşar yazılar