ABŞ-ın Türkiyədəki səfiri “erməni soyqırımı” demədi
0
0
“Obama administrasiyası Nabucco layihəsinin tərəqqisinə ümid edir”.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ-ın Türkiyədə səfiri vəzifəsinə təyin olunmuş Frensis Cozef Rikardone bu fikirləri təyinatının təsdiqi ilə bağlı avqustun 2-də ABŞ Senatının xarici əlaqələr komissiyasında keçirilən dinləmələr zamanı bildirib.
“Biz intensiv olaraq bu layihə ilə məşğul oluruq. Layihəyə bir neçə ölkə cəlb olunub. Biz yüksək səviyyədə bu ölkələrlə əlaqə saxlayırıq”. Səfir Rikardone dövlət katibi Klinton və səfir Morninqstarın Türkiyəyə səfərləri ilə bağlı senator Riçard Luqarın sualını cavablandırarkən belə deyib.
“Klinton və Morninqstar Türkiyə rəhbərliyi ilə görüşlərində bu məsələyə toxunublar. Ötən həftə Türkiyənin baş naziri Ərdoğan Azərbaycana səfər edib. O da bu məsələ ilə bağlı müzakirələr aparmaq niyyətindədir. Biz “Nabucco” ilə bağlı növbəti addımı gözləyirik”.
Səfir bildirib ki, 1990-cı illərdə qurulmuş sıx əməkdaşlıq Baki-Tiflis-Ceyhan layihəsini reallığa çevirib, indi isə ABŞ və Türkiyə Xəzər qazını Avropa bazarlarına daşımaq üçün “Cənub dəhlizi” marşrutu üzərində işləyirlər.
“Biz 2010-cu ilin iyununda Türkiyə və Azərbaycan arasında qaz satışı və tranziti ilə bağlı imzalanmış sazişi alqışlayırıq. Bu, “Cənub dəhlizi”nin reallaşması üçün çox mühüm bir addımdır. Bu dəhliz Qafqaz və Mərkəzi Asiya ölkələrinə ticari xeyir gətirəcək və həm də Avropa ilə qarşılıqlı maraqlara əsaslanan uzun müddətli tərəfdaşlığın əsasını qoyacaq. Türkiyə dünyanın enerji bazarında mühüm rol oynayır. O, Bosfor boğazından neftin təhlükəsiz ötürülməsini təmin edir. Hər gün Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına milyon barel neft ötürülür”.
Rikardone bir sıra demokrat senatorların sərt tənqidi ilə üzləşib. Bu senatorların fikrincə, Obama administrasiyasının Türkiyə və Ermənistan arasında tarixi mübahisə ilə bağlı qəti mövqeyi yoxdur.
Rikardonenin namizədliyinə etiraz edən senator Sem Braunbek artıq istefa verib, amma İllinoysdan olan respublikaçı Mark Körk və Nyu Cersidən demokrat Bob Menendes hələ də onun potensial opponentləridir. Körk administrasiyanın Türkiyə ilə raketdən müdafiə sazişi bağlamasını istəyir, Menendes isə administrasiyanın 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasını tələb edir.
Senator Menendesin sualını cavablandırarkən Rikardone 1915-ci il hadisələrini “soyqırımı” adlandırmaqdan imtina edib və prezident Obamanın istifadə etdiyi “Medz Yeghern”, yəni “böyük cinayət” ifadəsinin üstündə durub.
“Regional inteqrasiyaya imkan yaratmaq Birləşmiş Ştatların prioritetidir. Bizim tövsiyəmizlə Türkiyə və Ermənistan hökumətləri 2009-cu il oktyabrın 10-da Sürixdə münasibətlərin normallaşmasına dair protokol imzaladılar”, deyə səfir bildirib.
Senatın Xarici Əlaqələr Komissiyasının Rikardonenin namizədliyi ilə bağlı səsverməni Konqresin avqust tətilindən sonraya təyin edəcəyi gözlənilir.