“İndoneziya parlamentində Qarabağ münaqişəsi üzrə qrup yaradılacaq”
0
0
APA-nın İndoneziyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə jurnalistlərə Azərbaycan İndoneziyadakı səfirliyin müvəqqəti işlər vəkili Fərid Talıbov bildirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyi Dağlıq Qarabağ münaqişəsi haqqında İndoneziyanın cəmiyyətinə doğru məlumat vermək üçün bu ölkənin universitetlərində, parlamentində bir sıra görüşlər keçirilib. İndoneziya parlamentində artıq bu mövzuda dinləmələr keçirilib və Dağlıq Qarabağ məsələsi ilə bağlı xüsusi qrupun yaradılması nəzərdə tutulur.
“Azərbaycan və İndoneziya arasında mövcud münasibətlər çox dinamik şəkildə inkişaf edir. İndoneziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyü tam dəstəkləyir və bu mövqeyini hər zaman açıqlayır. Xatırladım ki, İndoneziya Azərbaycanın müstəqilliyi 1991-ci ilin dekabrında tanıyıb və iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə sentyabr ayında qurulub” – deyə, F.Talıbov bildirib.
Müvəqqəti işlər vəkili iki ölkə arasında ticarət əlaqələrinin də ildən-ilə inkişaf etdiyini vurğulayıb: “2010-cu ildə ticarət dövriyyəsinin həcmi 798 milyon dollara çatıb. Bunun 792 milyon dolları Azərbaycandan ixrac olunan məhsulların payına düşür. Bu, əsasən neft və neft məhsullardır. İndoneziyadan Azərbaycana kimyəvi məmulatlar, kauçuk, paltarlar ixrac olunur. Hazırda çalışırıq ki, digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində də ixracata başlayaq”.
F. Talıbov xatırladıb ki, İndoneziya prezidenti Azərbaycan prezidentini bu ölkəyə səfərə dəvət edib. “Azərbaycan prezidenti də indoneziyalı həmkarını ölkəmizə səfərə dəvət edib, amma səfərlərin nə zaman gerçəkləşəcəyi hələ dəqiq bilinmir”.