Səfir: “Türkiyə ilə Ermənistan arasında heç bir ticari əlaqə yoxdur”
0
0
Lent.az-ın məlumatına görə, bunu avqustun 2-də Türkiyə səfirliyində keçirilən mətbuat konfransında bu ölkənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.
Səfir bildirib ki, bununla belə, dünyanın harasına baxsanız bunu aydın görmək olar ki, müxtəlif dövlətlər arasında dolayısı ilə ticarət əlaqələri var: “Rəsmi olaraq, Türkiyə ilə Ermənistan arasında bu cür münasibətlər mövcud deyil. Başqa bir ölkədən bizim mallarımız Ermənistana keçmiş ola bilər. Amma qətiyyətlə deyirəm ki, Türkiyə ilə Ermənistan arasında rəsmi olaraq heç bir ticarət əlaqəsi yoxdur”.
Qeyd edək ki, son günlər mətbuatda gedən xəbərlərdə Türkiyə ilə Ermənistan arasında illik ticarət dövriyyəsinin 250 milyon dollar olduğu bildirilirdi. Səfir Hulusi Kılıç bu iddiaları təkzib edib.
H. Kılıç Türkiyənin 2 il öncə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılması, buna rəğmən bu gün Ermənistanın Türkiyəyə açıq şəkildə ərazi iddiası irəli sürməsinə də münasibət bildirib. Səfir deyib ki, Türkiyə bir neçə il öncədən qarşısına qoyduğu “qonşuları ilə sıfır problem” siyasətinin tələblərinə uyğun olaraq, Ermənistanla münasibətlərin normallaşmasına cəhd edirdi: “Bu cür halların yaşanması labüddür və yəqin ki, bundan sonra da yaşanacaq. Böyük dövlətlər öz siyasətlərini kiçik dövlətlərin nə dediyinə görə qurmurlar. Böyük dövlətlərin özünün siyasəti olur. Dolayısı ilə Türkiyənin də öz siyasəti var və Ermənistan prezidentinin və rəsmilərinin nə deməsi o qədər əhəmiyyət daşımır”.
Anar GƏRAYLI