Qəhrəmanlar unudulmur - Milli Qəhrəmanlar Ehtiram Əliyev və Ələsgər Novruzov
01 avqust 2011 12:55 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Milli Qəhrəmanlar Ehtiram Əliyev və Ələsgər Novruzov

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.


1 avqust Milli Qəhrəmanlar Ehtiram Əliyev və Ələsgər Novruzovun doğum günüdür.

Ehtiram İsrayıl oğlu Əliyev
1972-ci il avqustun 1-də Ucar rayonu Qazyan kəndində anadan olub. O, 1992-ci ildən hərbi xidmətə çağrılıb, Naxçıvanın Sədərək, Batabat bölgələrində, Qarabağın Ağdam, Füzuli, Cəbrayıl, Tərtər bölgələrində rəşadətlə vuruşub, 1993-cü il avqustun 23-də Füzulinin bir sıra kəndlərinin müdafiəsi və 1994-cü il yanvarın 5-də Füzuli istiqamətində hücum əməliyyatı zamanı düşmənə ağır zərbə vurması ilə fərqlənib. Ehtiram Əliyev hazırda Nəqliyyat Nazirliyi sistemində çalışır.







Əlsəgər Xanlar oğlu Novruzov 1949-cu il avqustun 1-də Laçın rayonu Kürdhacı kəndində anadan olub. O, 1979-cu ildən Xocalıda yaşayıb, 1988-ci ildə Xocalının müdafiəsini təşkil edənlərdən olub, Şəhər Müdafiə Şurasının üzvü olub, özünün yaratdığı 40 nəfərlik dəstəyə rəhbərlik edib, cəsur döyüşçü kimi ad çıxarıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənə qarşı son gülləsinə qədər vuruşub, yaralanıb və huşsuz halda əsir götürülüb, ermənilər onu əsirlikdə ağır işgəncələrlə qətlə yetiriblər. O, Kürdhacı kəndində dəfn edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761

Oxşar yazılar