Qəbələ RLS-də yenidənqurma işləri iki ilə yekunlaşacaq
0
0
Hazırda stansiyada əsaslı yenidənqurma işləri aparılır, avadanlıqlar, antenalar dəyişdirilir. Bununla əlaqədar olaraq RLS fəaliyyətini qismən davam etdirir.
Stansiyanın 2013-cü ilə qədər ən müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur ki, bu da öz növbəsində RLS-in imkanlarını klassik stansiyalarla müqayisədə bir neçə dəfə artırmış olacaq. Eyni zamanda stansiyanın ətraf mühitə təsiri minimuma endiriləcək.
Ötən həftə Azərbaycana səfər edən Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Qəbələ RLS-ə baş çəkib, burada aparılan yenidənqurma işləri ilə tanış olub.
Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən «Daryal» tipli RLS 1985-ci ildə istismara verilib. RLS 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamaq imkanına malikdir. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiya ya 2012-ci ilə kimi icarəyə verib.