BAXCP sədrindən yeni təşəbbüs
01 avqust 2011 12:15 (UTC +04:00)

BAXCP sədrindən yeni təşəbbüs

0
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yeni kompaniya elan edib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bir neçə gün öncə fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvəkkili tərəfindən “Azad müsiqi azad olmayan ölkədə” adlı təxribat xarakterli kampaniyaya başlanılıb. 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ölkəmiz haqda mənfi rəy formalaşdırmağa çalışan həmin qüvvələrə qarşı BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib. Q.Həsənquliyev ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi “Azad musiqi torpaqları işğal altında olan ölkədə” kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb.

Qeyd edək ki, Azərbaycanın «Eurovision-2011» mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar