Silahlı qüvvələrin xaricdəki nümayəndələri Bakıya çağırıldı
01 avqust 2011 10:27 (UTC +04:00)

Silahlı qüvvələrin xaricdəki nümayəndələri Bakıya çağırıldı

0
Avqustun 3-də Azərbaycan Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin toplantısı başlayacaq. Lent.az-ın məlumatına görə, toplantı Bakıda keçiriləcək və avqustun 5-dək davam edəcək. Toplantıda konkret hansı məsələlərin müzakirə olunacağı və hansı tapşırıqların veriləcəyi bilinmir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bu barədə hələlik ətraflı informasiya verə bilməyəcəklərini deyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 20-dən çox ölkə və təşkilatda hərbi nümayəndəsi var.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar