Nəqliyyat nazirliyinin işçisi “2 aprel” məhkəməsində ifadə verdi
0
0
Bu gün Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunmuş AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Müsavat üzvü Elşən Həsənovun və bitərəf Elnur İsrafilovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu barədə Lent.az-a məlumat verən vəkil Yalçın İmanov bildirib ki, məhkəmədə zərərçəkən qismində, 2 aprel aksiyası zamanı idarə etdiyi avtobusa 1325 manat ziyan dəydiyi iddia olunan Sarvan Məhərrəmov ifadə verib.
Sürücü deyib ki, ona kiminsə həbsdə yatması yox, dəyən ziyanın ödənməsi lazımdır.
Daha sonra zərərçəkmiş qismində Nəqliyyat Nazirliyinin bir əməkdaşı və bir nəfər də fiziki şəxs dindirilib. Hakim hər iki şəxsin ifadələrini dinlədikdən sonra onlara vəkillər tərəfindən sual verilib.
Bunun ardınca hakim prosesi yekunlaşdırıb və növbəti proses avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilir.
Anar GƏRAYLI