“Zəhərli yemiş” Kürdəmirdə araşdırılır
0
0
Bakı bazarlarında satışına qadağa qoyulan Kürdəmir yemişi ilə bağlı araşdırma aparılır. Bu barədə Lent.az-a Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Vasif Məmmədov bildirib: “Ola bilsin, bəzi sahələrdə gübrənin miqdarı çox olub, bu məsələ araşdırlır”.
V.Məmmədov deyib ki, son günlərdə Azərbaycanda havanın həddindən artıq isti keçməsi ilə əlaqədar Aran rayonlarında rayon icra hakimiyyətləri əhaliyə müraciət edib. Onun sözlərinə görə, bütün müəssisə və təşkilatlara xəbərdarlıq olunub: “Rayonda qabaqlayıcı tədbirlər görülür, əhaliyə xəbərdarlıq edilib və bu məsələ diqqətdə saxlanılır”.
Havaların isti keçməsi ilə əlaqədar əhaliyə saat 11.00-dan 17.00-dək çölə çıxmamaları, sahələrdə işi günün səhər və axşam vaxtlarında aparmaları bildirilib.
Qeyd edək ki, Kürdəmir rayonu Azərbaycanın ən isti bölgələrindən hesab olunur və bu rayon daha çox öz şirin yemişi ilə məşhurdur. Bir neçə gün öncə Bakı bazarlarında Kürdəmir yemişinin satışının qadağan olunub.
Nizam RZA