Prezident İlham Əliyev: “Sarkisyandan başqa bir şey gözləmirdim”
28 iyul 2011 10:13 (UTC +04:00)

Prezident İlham Əliyev: “Sarkisyandan başqa bir şey gözləmirdim”

“Əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm. Onun düşüncə tərzinə yaxşı bələdəm”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanın erməni gəncliyinə xitabən “Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağı azad etməkdə sizin öhdənizə düşür” bəyanatına münasibət bildirərkən deyib.


Prezident İ. Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir: “Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran vəziyyətindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə vəziyyətdə, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcək. Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar