Azərbaycan Prezidenti: “PKK terror təşkilatının əməllərini pisləyirik”
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib: “Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir və hörmətli cənab baş nazirin səfəri zamanı apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha onu göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq. İqtisadi sahədə çox gözəl perspektivlər var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artıb. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoyub. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq”.
Prezident bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparıldığını da bildirib: “Türkiyə-Azərbaycan əməkdaşlığının bu sahədəki perspektivləri haqqında danışdıq. Mən fürsətdən istifadə edərək, bu yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir”.
Azərbaycan dövlət başçısı görüşdə enerji məsələlərinə də toxunulduğunu da vurğulayıb: “Bildiyiniz kimi, bu əlaqələrin böyük tarixi var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Gələcək perspektivlər haqqında fikir mübadiləsi apardıq. Bu həm Türkiyə üçün, həm də Azərbaycan üçün çox vacib olan məsələlərdir, bizim ölkələrimizi daha da sıx birləşdirir. Əminəm ki, gələcək əməkdaşlıq da uğurlu olacaq”.
Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nəqliyyat məsələləri də mühüm yer tutur: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Demək istəyirəm ki, Azərbaycan tərəfi bu dəmir yolunun tikintisi üçün Gürcüstana təxminən 800 milyon dollar kredit ayırıb ki, məsələ tezliklə öz həllini tapsın və gələn ilin sonuna qədər dəmir yolu istifadəyə verilsin”.

513