Ərdoğan: “Sərkisyan üzr istəməlidir”
27 iyul 2011 18:59 (UTC +04:00)

Ərdoğan: “Sərkisyan üzr istəməlidir”

“Ermənistan prezidenti Serj Sərkisyanın bəyanatı ilə bağlı dünən açıqlama vermişik. Xarici İşlər Nazirliyimizin də bununla bağlı sərt bəyanatı var”. APA-nın məlumatına görə, bu fikirləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında söyləyib. O, Serj Sərkisyanı prezidentə yaraşmayan ifadələr işlətməkdə ittiham edib: “Bu fikirlər bir dövlət adamına, və ya prezidentə yaraşan ifadə, yanaşma tərzi deyil. Gələcək nəsilləri kin və nifrət üzərində kökləmək dövlət adamlarına yaraşmaz”.

Ərdoğan Ermənistan prezidentinin erməni gəncliyini təxribata çəkdiyini vurğulayıb: “Ermənistan gəncliyinin gələcəyi qaranlıq olacaq, bu hadisələrə həmişə qara eynəkdən baxacaqlar. Qarabağ işğal edilib, işğalçı da məlumdur. Bunu tək biz demirik, BMT də deyir. Münaqişənin nizamlanmasına yanlış yanaşma Ermənistana məxsusdur. Belə bir üslub ola bilərmi? Bu nə deməkdir? Ermənistan istədiyi vaxt Türkiyə ilə müharibəyə də başlaya bilər, belə bir dövlət adamı olar? Sərkisyan çox böyük səhv edib, bu səhvi düzəltməsi, üzr istəməsi lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar