İctimai Palatanın növbəti sessiyasının gündəliyi açıqlandı
Bu barədə Lent.az-a İP KŞ-nin üzvü Vidadi Mirkamal məlumat verib. O bildirib ki, toplantıda ictimai-siyasi məsələlər müzakirə edilib. Həmçinin, iyulun 30-da keçiriləcək İP-in növbəti sessiyasının gündəliyi müəyyən edilib.
Sessiyanın gündəliyinə 3 məsələ daxil edilib. İP-ə yeni qoşulan üzvlərin qəbulu məsələsi gündəlikdə birinci sıradadır. Sessiyada, həmçinin, İctimai Palatanın vəzifələri və bu kontekstdə görüləcək işlər və Azərbaycanda təhsilin bugünkü durumu ilə bağlı müzakirələr aparılacaq. Gündəliyin ikinci məsələsinin müzakirələri zamanı İP-in həbsdə olan üzvlərinin son durumu ilə bağlı məsələlər gündəmə gətiriləcək.
V. Mirkamal qeyd edib ki, bugünkü İP KŞ-nin bugünkü toplantısında həmçinin, Naxçıvanda AXCP rayon təşkilatının Bakıda bəzi jurnalistlərin təzyiq və təhdidə məruz qalmasına da münasibət bildirilib, hər iki hadisə pislənib.
Anar GƏRAYLI

446