Müsavat funksionerinin şikayəti təmin olunmadı
27 iyul 2011 15:22 (UTC +04:00)

Müsavat funksionerinin şikayəti təmin olunmadı

Bu gün Bakı Apelyasiya Məhkəməsi ictimai Palatanın aprelin 2-də keçirdiyi mitinqi ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində saxlanılan Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının Səbayel rayon məhkəməsinin iyulun 15-də çıxardığı qərarından verdiyi şikayətə baxıb.

Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımlı bildirib ki, Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, T.Abbaslı haqqında Səbayel rayon Məhkəməsinin qərarı ilə üçüncü dəfə 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bu barədə Bakı Şəhər Prokurorluğu vəsatət qaldırmışdı. Prokurorluq T. Abbaslının istintaqının hələ yekunlaşmadığını əsas gətirərək, həbs-qətimkan tədbirinin uzadılmasını istəmişdi.

Tural Abbaslının istintaqı artıq yekunlaşıb və müdafiə tərəfi işlə tanış olub. Bu həftə məhkəmənin vaxtının açıqlanacağı bildirilir.

Qeyd edək ki, Tural Abbaslı Cinayət Məcəlləsinin 233-cü ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar