Mübariz Əhmədoğlu: “Azərbaycanda süni hicab problemi yaradan İran Somalidəki hicablıların problemlərini qulaqardına vurur”
Bunu Lent.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu söyləyib.
Əhmədoğlu bildirib ki, İran tərəfi Azərbaycanda hicab məsələsini müntəzəm olaraq qızışdırsa da, başqa dövlətlərdəki uyğun vəziyyətə münasibət bildirmir: “Misal üçün, Suriyada qadınların hicaba münasibəti eynilə Azərbaycan Respublikasında olduğu kimidir, amma İran Suriyadakı qadınların hicabsızlığını görmək istəmir. Somalidə baş verənlər də eyni kontekstdən, amma tərs prizmadan müqayisə üçün əsas yaradır. 10 milyonluq Somali əhalisinin yarısı qadındır. Hədsiz kasıb olan Somalinin qadınları hicab qaydasına tam əməl edirlər. Hətta avropalılardan, kiloqramla ölçülən unu humanitar yardım kimi qəbul edəndə də bir əlləri hicablarında olur. Somali qadınlarının belə ağır sosial-iqtisadi vəziyyətə düşməsində hicabın rolu başqa bir müzakirə mövzusu ola bilər. Amma bu faktdır ki, əhali hicabdan heç bir halda əl çəkmək istəmir”.
M.Əhmədoğlu qeyd edib ki, İran Azərbaycanda hicabı dəstəkləmək üçün külli miqdarda pul sərf edir: “Bu pulun hansı qismi İranın daxilindən, hansı qismi Azərbaycanın daxilindən xərclənir, bu da başqa məsələdir. Amma faktdır ki, adam başına düşən ÜDM-i Azərbaycandan və İrandan 15 dəfə az olduğu Somalidə hətta 10 dollar həyat xilas edə bilər. Belə olan təqdirdə, İranın Somaliyə yardım etməməsinin səbəbi diqqət çəkir. Tutaq ki, avropalılar Somalini yardıma möhtac etməklə özlərindən asılı vəziyyətə salırlar ki, mühüm nəqliyyat qovşağında idarəolunan vəziyyət yaratsınlar. Bəs İran özünü İslam təəssübkeşi, ədalət carçısı elan edibsə, niyə Somaliyə yardım etmir?! Əgər doğurdan da, hicaba riayət etmək dəyərdirsə, niyə bu dəyər Somalidə özünü doğrultmur?! Niyə Somalidə hicablı əhaliyə İran maliyyə yardımı göstərmir?!”
SİTM rəhbərinin fikrincə, bu bir daha göstərir ki, İran üçün dinin hansısa tələbinin ödənilib-ödənilməməsi vacib deyil, vacib olan Azərbaycanda onun siyasi istəklərinin ödənilməsidir. “Beləliklə, İranın nəyi necə deməsindən və ya etməsindən asılı olmayaraq, həqiqət ayrı yerdədir və bu ayrı yer İrandan çox uzaqdadır. Allah İranın bəsirət gözünü açsa, İran həm Somali hicablılarına, həm də Azərbaycana qarşı məntiqsiz, dinə zidd siyasətini görər. Görmürsə, Allah belə məsləhət bilir. Onda, iranlılar Allahın qəzəbinə tuş gəlməkdən qorxsunlar”, - deyə M.Əhmədoğlu əlavə edib.

690