Ərdoğan: “Cənub Qafqazda sülh üçün çalışacağıq”
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıda Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı əsas müzakirə mövzusu olacaq.
APA-nın məlumatına görə, bu barədə səfər öncəsi keçirdiyi mətbuat konfransında Rəcəp Tayyip Ərdoğan bildirib. “İyunun 12-də keçirilən seçkilərdən sonra, Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdim, Azərbaycana səfər seçkilərdən sonra ikinci xarici səfərimdir. İkili və heyətlərarası görüşmələrdə Türkiyə və Azərbaycan arasında ki əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq», - deyə Türkiyənin baş naziri bildirib.
Ərdoğan əlavə edib ki, dövlətlər arasında enerji layihələri, xüsusilə də “Nabucco” layihəsi üzərində işlər davam edəcək: «Bu layihədən Avropanın gözləntiləri 10 milyard kub metr təbii qazdır. Bununla əlaqədar olaraq öz aramızda görüşür və işləri yol xəritəsi çərçivəsində aparırıq».
“Biz Cənub Qafqazda sülh üçün çalışacağıq”, - deyən baş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib.

500