Rauf Arifoğlu, Pənah Hüseyn, Arif Hacılı və Sərdar Cəlaloğluna 10 min avro təzminat qərarı
APA-nın Avropa Məhkəməsinin internet saytına istinadən verdiyi məlumata görə, Pənah Hüseyn, Rauf Abbasov (Arifoğlu), Arif Hacılı və Sərdar Məmmədovun (Cəlaloğlu) iddiası üzrə araşdırılmış epizod 2003-cü il prezident seçkilərindən sonrakı dövrə aiddir. İddiaçılar o zaman onlarla bağlı aparılan məhkəmə prosesinin qeyri-ədalətli olduğunu, zorakılığa məruz qaldıqlarını iddia ediblər. Müxalifətçilərin əksər iddialarını təmin edən Avropa Məhkəməsi Azərbaycan hökumətindən onlara dəymiş maddi ziyanın kompensasiya qismində ödənməsi, bu şəxslərin hər birinə 10 min avro təzminat verilməsi barədə qərar çıxarıb.
588