Sərkisyandan şok iddia
26 iyul 2011 10:45 (UTC +04:00)

Sərkisyandan şok iddia

Ermənistan prezidenti Serj Sərkisyan Türkiyəyə qarşı torpaq iddiaları olduğunu açıq şəkildə dilə gətirib.

Lent.az-ın ensonhaber.com saytına istinadən verdiyi məlumata görə, Serj Sərkisyan bunu iyulun 25-də Ermənistanda təşkil olunan erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin ona ünvanladığı suala cavab olaraq dilə gətirib.

Tələbə Serj Sərkisyandan soruşub ki, “Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?” Serj Sərkisyan isə bunun gənc nəsildən asılı olduğunu vurğulayıb: “Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri almaq sizdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, Qarabağı düşməndən aldıq. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizlə bağlıdır. Ancaq onu da qeyd edim ki, bu gün dünyada ölkələrin etibarı əraziləri ilə ölçülmür. Ermənistan modern, təhlükəsiz və iqtisadi baxımdan uğur qazanan bir ölkə olsa, etibarı da o qədər yüksək olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar