Azərbaycan prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib
25 iyul 2011 19:09 (UTC +04:00)

Azərbaycan prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib

Lent.az-ın prezidentin saytına istinadən verdiyi məlumata görə, İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayıb, çoxşaxəli əlaqələr çərçivəsində hərbi-texniki əməkdaşlığın razılıq doğurduğunu bildirib.

Dövlət başçısı Rusiyanın müdafiə nazirinin Azərbaycana səfərinin hərbi sahədə əməkdaşlıqla bağlı görülən işlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qonağın diqqətinə çatdırıb.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair bütün işlərin vaxtında yerinə yetirildiyini və bununla bağlı müdafiə nazirlikləri səviyyəsində məsələlərin uğurla həll edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar