Polşa prezidenti Milli Məclisin sədri ilə görüşdü
İyulun 25-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Polşa Respublikasının prezidenti Bronislav Komorovski ilə görüşüb.
Lent.az-ın qurumun mətbuat xidmətinə istinadən xəbərinə görə, Azərbaycan parlamentindəki bu görüşdən məmnun olduğunu söyləyən spiker, müxtəlif dövrlərdə dövlət başçıları səviyyəsində həyata keçirilmiş rəsmi səfərlər və imzalanmış sənədlərin iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini, əlaqələrin dinamikasının intensiv xarakter aldığını bəyan edib.
O. Əsədov Azərbaycan-Polşa münasibətlərinin tarixindən danışarkən deyib ki, hələ XIX əsrdə Bakıda çalışmış polşalı neftçi-mühəndis Pavel Pototskinin, 16 il şəhərin başçısı olmuş S.İ.Despot-Zenoviçin adlarını qeyd etməmək, Azərbaycanda fəaliyyət göstərmiş polşalı memarları xatırlamamağın mümkün olmadığını vurğulayıb: “Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Cənubi Qafqazda həyata keçirilən qlobal layihələrin fəal üzvü kimi ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Təkcə neft-qaz sənayesində deyil, qeyri-neft sektorunda da əməkdaşlığımızı dərinləşdirmək üçün geniş imkanlar var”.
Spiker parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışaraq, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının mövcudluğunu müsbət dəyərləndirib. O, qeyd edib ki, bu qrupların fəaliyyətinin daha da canlandırılması səmərəli əməkdaşlığın aparılmasına müsbət təsir göstərər.
Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Milli Məclislə Polşa Seymi arasında səmərəli əməkdaşlıq yarandığını bildirən parlament sədri deyib ki, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda əlaqələrini genişləndirir, deputatlarımız bu qurumlar çərçivəsində tez-tez görüşür, faydalı fikir mübadiləsi aparır.
Dağlıq Qarabağ probleminin regionda əsas gərginlik mənbəyi olduğunu xüsusi qeyd edən spiker bildirib ki, bu münaqişə regionun siyasi və iqtisadi inkişafına, Avroatlantik məkana inteqrasiya proseslərinə ciddi maneələr yaradır: “Biz problemin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən Polşanın dəstəyi sayəsində bu problem tezliklə aradan qalxacaq”.
Qəbul üçün minnətdarlığını bildirən Polşa Prezidenti Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətləri çox yüksək dəyərləndirib. O, ölkənin belə sürətli inkişafının düşünülmüş iqtisadi siyasətin nəticəsi olduğunu söyləyib. Qonaq Bakı ilə Varşava arasında münasibətlərin dərinləşməsinin günün tələbi olduğunu qeyd edib. Bildirilib ki, Polşa təkcə energetika sahəsində deyil, qeyri-neft sektorunda da Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Söhbətdə qonaq 20 il Polşa qanunverici orqanının deputatı olduğunu qeyd edərək parlamentlərin dövlətlərarası münasibətlərin inkişafında rolunu yüksək dəyərləndirib.
Söhbətdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, parlamentlərarası əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Əli Hüseynli, Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev, qrupun üzvləri Ağacan Abıyev, Asim Mollazadə, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, Polşanın Azərbaycandakı səfiri Mixal Labenda və digər rəsmi şəxslər iştirak ediblər.

484