KXCP-nin sədr müavini: “Üzvlərimizin İP-dən çıxması siyasi qərar deyil”
“İnsanlar İctimai Palatadan gözlədiklərini ala bilmədilər. Oraya qoşulma səbəblərinin gerçəkləşmədiyinmi gördülər. Buna görə də qurumu tərk eləmək qərarına gəliblər. Üzvlərimizin İctimai Palatanı tərk etməsi partiyanın siyasi qərarı deyil, şəxslərin özünün seçimidir”.
Bunu Lent.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının Təşkilat Şöbəsinin müdir Xəzər Teyyublu deyib. O bildirib ki, İctimai Palatadan bu günə qədər partiyanın 28 üzvü istefa verərək, ayrılıb: “Partiya belə vəziyyətlərdə siyasi qərar vermir. İctimai Palata keçmiş namizədlərin fərdi müraciəti əsasında yaradılmışdı, oradan çıxmalar da fərdi seçim əsasında olur”.
Xəzər Teyyublu onu da qeyd edib ki, istənilən halda İP-dən ayrılan KXCP üzvləri bu quruma olan seçici etimadının azalmasına gətirib çıxaracaq: “Oradan ayrılan namizədlərin hamısının müəyyən bir seçici kütləsi var idi. İndi həmin elektoratın hamısı bu qurumun ideyasının mənasızlaşdığını, gözləntilərinin doğrulmadığını gördülər və təbii ki, İP-ə olan inamlarını itirdilər. Bu səbəbdən də İP-dən ayrılanların olmasını normal qarşılamaq lazımdı”.
Anar

555