“Avropa Məhkəməsində Azərbaycanla bağlı 120-yə yaxın iş icraatdadır”
Bu il Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında icraata götürülən işlərin 9-u ilə bağlı kommunikasiya başlayıb.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib. Ç. Əsgərov deyib ki, hazırda Avropa Məhkəməsində Azərbaycandan edilən şikayətlərlə bağlı 120-yə yaxın iş icraatdadır. Onun sözlərinə görə, şikayətlərin çoxu İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin pozulması ilə bağlıdır.
Səlahiyyətli nümayəndə indiyə kimi, Azərbaycandan Avropa Məhkəməsinə 2500-ə yaxın şikayət edildiyini qeyd edib: “Bu günə kimi 41 şikayət üzrə qərar çıxarılıb, 35 şikayətlə bağlı pozuntu halı aşkar olunmayıb. Şikayətlərin rədd edildiyi, barışıq barədə qərarların qəbul edildiyi hallar da var”.

673